Tacikistan prezidenti Bakıda, prezidentlər bəyanat verdilər YENİLƏNİB

10 Avqust, 2018 11:41 | Siyasət | Baxış sayı: 69
Tacikistan və Azərbaycan prezidentləri
Tacikistan və Azərbaycan prezidentləri

İki ölkə arasında sənədlər imzalanıb

Görüşlər başa çatdıqdan sonra Azərbayacan və Tacikistan arasında sənədlərin imzalanması prosesi baş tutub. İmzalanma iki ölkənin prezidenti İlham Əliyev və Emoməli Rəhmonun iştirakı ilə olub.

Bundan sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

Saat 10:28

Təkbətək görüş başa çatandan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Tacikistan prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Saat 09:10

Tacikistan prezidentinin Azərbaycanda rəsmi qarşılanma məraismi olub. Emoməli Rəhmonu Azərbaycanın dövlət başçısı İlham Əliyev qarşılayıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Tacikistan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Tacikistan prezidentinə raport verib. Prezident Azərbaycan əsgərlərini salamlayıb.

Hər iki ölkənin dövlət və hökumət nümayəndələri prezidentlərə təqdim edilib.

Qarşılanmadan sonra prezidentlərin təkbətək görüşü başlayıb.