Sarksiyan qayıtdı - yeni şou başlayır?

10 Avqust, 2018 14:14 | Siyasət | Baxış sayı: 190
Ermənistanda Serj Sarkisyana qarşı aksiya
Ermənistanda Serj Sarkisyana qarşı aksiya

Keçmiş prezident Qarabağdakı tərəfdarlarından kömək umur

Ermənistanda şou yenidən işə düşür.  Ölkə sakinlərinin evlərindəki çörək artacaq? Artıq dəqiq demək olar ki, yox. Un məmulatları və çörəyin qiyməti əhəmiyyətli dərəcədə artıb. Görünür vəziyyət yenidən dəyişəcək. 

Məhkəmə və prokurorluq əvvəlki kimi ikinci prezident Robert Koçaryanın həbsi ilə bağlı işlərinə davam edir. Onun vəkillərinin şikayətləri də deputatların məktubları kimi nəzərə alınmır. Budur, yeni sima- Serj Sarkisyan İtaliya səfərindən da Ermənistana qayıdıb.  İddiaya görə, Sarkisyan orada tibbi yoxlamadan keçib. Ölkə başçısı postundan devriləndən sonra keçirdiyi əsəb deyəsən sağlamlığına çox pis təsir edib.

Erməni mətbuatı yenidən iddia etməyə başlayıb ki, Sarkisyan Qarabağdan olan tərəfdaşı olan Koçaryanın yanına, yəni həbsxanaya gedəcək. Yəqin ki buna görə Serj Azadoviç Qarabağa gedib. Burada onun nəinki qohumları, həm də tərəfdarları var. Görünür Sarkisyan İrəvandan həbsi barədə xəbər gələcəyi təqdirdə onların dəstəyinə ümid edir.

Təbii ki, bütün Ermənistan gərginlik içərisindədir.  Sarkisyanı aparacaqlar ya yox? Bu əlbətdə sadə ermənilərin evlərinə çörək gətirməyəcək. Amma gör nə qədər yeni məlumat əldə edəcəklər.