Paşinyanın qəfil intiharı

10 Avqust, 2018 20:40 | Siyasət | Baxış sayı: 1756
Nikol Paşinyan mitinqə qədər üzünü qırxmayacaq
Nikol Paşinyan mitinqə qədər üzünü qırxmayacaq

Ermənistan şok içində baş verənləri izləyir

Nikol Paşiyanın əmri ilə hökumət iclaslarının jurnalistlərin üzünə bağlanması Ermənistanda demokratiyanın və narıncı inqilabın lider kimi Paşinyanın özünün intiharı kimi dəyərləndirilib.

İstiPress-in məlumatına görə, erməni KİV-lər  siyasətə jurnalistikadan gəlmiş, hələ də “Haykakan jamanak” ("Erməni vaxtı") qəzetinin təsisçisi olan  Nikol Paşiyanın təhlukəsizlik bəhanəsi adı altında demokratiyanı boğmasını başa düşə bilmirlər.

Erməni jurnalist Tevos Arşakyan bununla bağlı “ArmenianReport”da yazır: “Bu, erməni demokratiyası üçün həyəcan zəngidir. Keçmişə qayıdış başlayıb və hələ dünənə kimi heyran qaldığımız, Ermənistanın taleyini həvalə etdiyimiz Nikol Paşiyan ana söyüşləri söyməyə və üstümüzə bozarmağa başlayıb? Belə olan halda, o, 100 gün arxaya baxsa, özünün demokratiya şüarları altında yıxdığı sələflərinin sonunun necə olduğunu görsə idi, yaxşı olardı”,- deyə Tevos Arşakyan vurğulayıb.

İrəvan - 2008-ci il 1 mart hadisələri
İrəvan - 2008-ci il 1 mart hadisələri

Amma təbii ki, Paşiyanın belə söhbətlər vecinə deyil və o, nəyin bahasına olursa olsun, 2019-cu ilin yazına təyin edilmiş növbədən kənar parlament seçkilərində qalib gəlmək istəyir. Bu istiqamətdə 17 avqusta təyin etdiyi mitinqə ciddi  hazırlaşır və maksimum çox adam cəlb edərək güclü görünmək istəyir.

Amma “Joxovurd” qəzetinin yazdığından belə görünür ki, mitinqə çox adam gəlməyə bilər. Çünki Paşinyan 1 mart hadisələrini bəhanə edərək  siyasi rəqiblərinin bank hesablarını dondurub, xarici ölkələrin səfirliklərinə sihayılar verərək həmin adamlara viza verilməməsini xahiş edib. Bu isə istər-istəməz insanlarda  etiraz hissi yaradır. Buna görə 17 avqust mitinqi uğursuz ola bilər.