"Onların dolları varsa, bizim də Allahımız var"

10 Avqust, 2018 13:00 | Siyasət | Baxış sayı: 233
R.T.Ərdoğan
R.T.Ərdoğan

Ərdoğan dolların rekordundan danışdı

"Bizə qarşı müxtəlif kampaniyalar başlayıb. Onları dinləməyin. Onların dolları varsa, bizim də xalqımız, haqqımız, Allahımız var. Heç narahat olmayın". İstiPress-in məlumatına görə, bunu Rizə də xalqa müraciət edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Ərdoğan ölkəsinə qarşı iqtisadi təzyiqləri, o cümlədən maliyyə sistemini sarsıtmaq cəhdlərini perspektivsiz adlandırıb. Prezident gərgin formada çalışdıqlarını, yeni dövr üçün hazırlıqlar aparadıqlarını deyib.

“Çox çalışacağıq. Bunu bilin ki, bu gün dünəndən daha yaxşıyıq, sabah da bu gündən də yaxşı olacağıq. Biz çox çalışırıq. 16 il bundan əvvəl harada idik, indi haradayıq. İnşallah 2023-cü il fərqli başlayacaq". 

Xatırladaq ki, respublikanın hakimiyyət orqanları terrorçu qruplaşma ilə əlaqədə adı keçən amerikalı pastor Endryu Bransonu azad etməkdən boyun qaçırdıqdan sonra Türkiyə və ABŞ arasında münaqişənin kəskinləşməsi səbəbindən türk lirəsinin dollara nisbətdə məzənnəsi sürətlə aşağı düşür. Dolların məzənnəsi 6 liranı da keçib.