Lavrov Türkiyəyə gedir

10 Avqust, 2018 10:25 | Siyasət | Baxış sayı: 60
Sergey Lavrov - Rusiya xarici İşlər naziri
Sergey Lavrov - Rusiya xarici İşlər naziri

Rusiyalı nazir diplomatların toplantısına qatılacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək. XİN başçısı daimi nümayəndəliklər və səfirlərin Türkiyədə keçiriləcək toplantısına dəvət edilib. Bu barədə XİN nümayəndəsi Mariya Zaxarova məlumat verib. Onun sözlərinə görə, nazirin Ankara səfəri 13-14 avqust tarixlərində reallaşacaq. 

Türk diplomatlarınıb bənzər görüşləri 2008-ci ildən keçirilir. Amma ölkə prezident üsul idarəsinə keçdikdən sonra ilk dəfədir ki, belə addım atılır. Görüş bütün dünyanın diqqət mərkəzində olacaq. İlk növbədə Ankaranın xarici siyasətdəki mövqeyinə görə. Bu gün xarici siyasət ilk növbədə milli maraqlara əsaslanır və daha müstəqildir. Türkiyədə Rusiya və İranla ilə çox yaxşı əlaqələr qurub. Lavrovun dəvəti də bunun sübutudur.

Türkiyə nə NATO, nə Vaşinqton ilə əlaqələrini davam etdirmək niyyətindən vaz keçməyib. Eyni zamanda Moskva və Tehranla da alyansını möhkəmləndirir. Bunun üçşün də paytaxtda keçiriləcək bu görüş Lavrovun iştirakı və çıxışını nəzərə alaraq böyük maraq kəsb edir.