Elmar Məmmədyarov həbslərlə bağlı danışdı

10 İyul, 2020 17:16 | Siyasət | Baxış sayı: 359
Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Xarici İşlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi qurumda baş verənlərə təəssüfləndiyini bildirib. 

İstiPress-in məlumatına görə, Unikal.org-a açıqlama verən  Məmmədyarov deyib: “Bu haqda danışmaq istəmirəm, çünki istintaq sirridir. Mənim açıqlamam istintaqın gedişinə təsir edə bilər. Həbslərə gəlincə çox təəssüflənirəm. İstefa verəcəyimlə bağlı deyilənlərə şərh vermək fikrim yoxdur”.

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidmətinin iyulun 3-də XİN-də keçirdiyi əməliyyat nəticəsində qurumun üç vəzifəli şəxsi həbs olunub. Bu gün yayılan mlumata görə isə nazirliyin daha 2 əməkdaşı saxlanılıb.