Saakaşvili dava zamanı yaşlı qadının qolunu qırıb

10 İyul, 2019 11:09 | Siyasət | Baxış sayı: 223
Mixail Saakaşvili
Mixail Saakaşvili

Odessanın keçmiş qubernatoru yeni qalmaqalla suçlanır

Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin məhkəmədə yaşlı qadının qolunu qırdığı iddia edilıib. 

İstiPress-in "Lenta"ya istinadən məlumatına görə, bu barədə Odessit.ua yazıb. 

Saakaşvili isə öz "Facebook" səhifəsində bu barədə xəbərləri təkzib edib: O bildirib ki, qadın  özü çox aqressiv davranıb, ancaq onun qolunda sınıq görməyib. 

İnsident Odessada məhkəmə binası qarşısında olub. Məhkmədə şəhər meri Gennadi Truxanovun "Krayan" zavodunu qanunsuz olaraq almasıyla bağlı işə baxılıb. Bu zaman Saakaşvilinin də iştirakı ilə dava başlayıb. Davaya merin mühafizəçiləri də qoşulub. İlkin məlumatlarda Saakaşvilinin bir qadını itələdiyi və onun yıxılaraq qolunu qırdığı yazılıb. Təqaüdçü qadın xəstəxanaya aparılıb.