Ərdoğan Dağlıq Qarabağ münaqişəsi barədə

10 İyul, 2018 18:56 | Siyasət | Baxış sayı: 194
Şuşa - işğaldan 25 il sonra
Şuşa - işğaldan 25 il sonra

"Bundan sonra da problemin həllinin üzərinə getməkdə qərarlıyıq"

"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində yardımını davam etdirəcək".

İstiPress-in məlumatına görə, bunu Bakıda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Dağlıq Qarabağ və Naxçıvan məsələsində indiyə qədər əlimizdən gələni əsirgəmədik, problemin üzərinə getdik. Bundan sonra da problemin həllinin üzərinə getməkdə qərarlıyıq. Məlum olduğu kimi Naxçıvanla Türkiyə arasında quru yol əlaqəsi ilə bağlı problemlər həll olunub", - deyə dövlət başçısı vurğulayıb.