Dünən and içən Ərdoğanın Bakıdakı ilk işi YENİLƏNİB, VİDEO

10 İyul, 2018 12:53 | Siyasət | Baxış sayı: 247
R.T.Ərdoğan
R.T.Ərdoğan

Türkiyə prezidenti ilk səfərini Azərbaycana edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Hava limanında onu Azərbaycan baş nazirinin birinci müavini Yaqub Əyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Türkiyənin Bakıdakı səfiri Erkan Özoral və başqa rəsmilər qarşılayıblar.

Bakıya gələn prezidentin ilk işi Fəxri Xiyabana yollanmaq olub. Dövlət başçısı ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edən dövlət başçısı daha sonra Şəhidlər xiyabanını ziyarət edib.

Saat 11:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Azərbaycana səfər edəcək. İstiPress-in məlumatına görə, dövlət başçısı bu gün səhər saatlarında xüsusi təyyarə "TUR" ilə Bakıya yola düşüb. 

Onun səfəri bir gün davam edəcək. Bakıdan sonra prezident Şimali Kipr Türk Cumhurriyətinə gedəcək. 

Bu, iyunun 24-də keçirilən prezident seçkisində qalib gələn R.T.Ərdoğanın dövlət başçısı kimi xarici ölkəyə ilk rəsmi ziyarətidir.