Bu da Türkiyənin yeni nazirləri SİYAHI

10 İyul, 2018 08:32 | Siyasət | Baxış sayı: 229
Türkiyənin Nazirlər Kabinetinin yeni tərkibi
Türkiyənin Nazirlər Kabinetinin yeni tərkibi

Nazirlər arasında prezidentin kürəkəni də var

Ötən gün Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın andiçməsindən sonra yeni nazirlər kabinetinin tərkibi açıqlanıb. İstiPress-in yerli mətbuata istinadla verdiyi məlumata görə, ölkə tarixində ilk vitse-prezident vəzifəsi yaradılıb. Bu posta isə Fuad Oktay təyin edilib.

Türkiyəni 16 nazirlik idarə edəcək. Dövlət məmurları arasında iki qadın da var. Xəzinə və maliyyə naziri vəzifəsinə isə onun kürəkəni təyinat alıb. 

Nazirlər Kabinetinin tərkibi belədir: 

Ədliyyə naziri: Əbdülhəmid Gül

İş, sosial xidmətlər və ailə naziri: Zəhra Zümrüd Səlcuq

Ətraf mühit və şəhərsalma naziri: Murad Kurum

Xarici işlər naziri: Mövlud Çavuşoğlu

Enerji və təbii sərvətlər naziri: Fatih Dönmez 

Gənclər və idman naziri: Mehmet Kasapoğlu

Xəzinə və maliyyə naziri: Berat Albayrak

Daxili işlər naziri: Süleyman Soylu

Mədəniyyət və turizm naziri: Mehmet Ersoy

Milli təhsil naziri: Ziya Səlcuq

Milli müdafiə naziri: Hulusi Akar

Səhiyyə naziri: Fəxrəddin Koca

Sənaye və texnologiya naziri: Mustafa Varank

Kənd təsərrüfatı və meşə naziri: Bəkir Pakdemirli

Ticarət naziri: Ruhsar Pekcan

Nəqliyyat və infrastruktur naziri: Cahit Turan