Azərbaycan hərbçiləri Əfqanıstana getdilər

10 İyul, 2018 12:34 | Siyasət | Baxış sayı: 51
Sülhməramlı
Sülhməramlı

Sülhməramlılar rotasiya qaydasında Əfqanıstana göndərilib

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb. Müdafiə Nazirliyindən İstiPress-ə verilən məlumata görə, NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana göndərilib.

Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.