XİN: "Cəbhədəki qanlı əməl gərginliyi artırmağa xidmət edir"

10 İyun, 2019 08:39 | Siyasət | Baxış sayı: 128
Azərbaycan əsgəri səngərdə
Azərbaycan əsgəri səngərdə

Nazirlik 19 yaşlı gəncin şəhid olması ilə bağlı bəyanat yaydı

Xarici İşlər Nazirliyi iyunun 9-da Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobudcasına pozaraq törətdiyi növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusunun həlak olması ilə bağlı bəyanat yayıb.

Bəyanatda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə qarşıdan gələn növbəti görüşü ərəfəsində Ermənistanda müharibə tərəfdarları və onların himayədarlarının məqsədyönlü şəkildə törətdiyi növbəti qanlı əməl münaqişənin həlli üzrə aparılan danışıqları pozmaq və bölgədə gərginliyi artırmağa xidmət etdiyi bildirilir.

"Vurğulayırıq ki, bu ssenarinin həyata keçirilməsinin tam məsuliyyəti Ermənistan və bu ölkənin rəhbərliyi üzərindədir", - deyə bəyanatda qeyd olunur.