Qazaxıstanda seçkinin qalibi bilindi

10 İyun, 2019 10:47 | Siyasət | Baxış sayı: 66
Kasım-Jomart Tokayev
Kasım-Jomart Tokayev

Tokayev səslərin 70 faizindən çoxunu toplayıb

Ötən gün Qazaxıstanda keçirilən prezident seçkilərində Kasım-Jomart Tokayev qalib gəlib. İstiPress-in TASS-a istinadla verdiyi məlumata görə, Tokayev səslərin 70,76 faizini toplayıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini  Konstantin petrov açıqlayıb.

Petronun sözlərinə görə, Tokayevi seçkilərdə 6 milyon 504 min 54 qazaxıstanlı dəstəkləyib.  

Müxalifətdən olan namizəd Amircan Kosanov 16,02 faiz səs (1 milyon 472 min 733 seçici) toplayıb.