19 yaşlı şəhid dəfn edildi

10 İyun, 2019 08:10 | Siyasət | Baxış sayı: 380
Şəhidin dəfni
Şəhidin dəfni

Elşən Vüqar oğlu Xəlilov erməni təxribatı nəticəsində şəhid olub

Cəbhənin Tərtər istiqaətində xidməti mövqeyini qoruyarkən şəhid olan Azərbaycan Mlli Ordusunun əsgəri, 19 yaşlı Elşən Vüqar oğlu Xəlilov doğulduğu Gədəbəy rayonunun İnəkboğan inzibati ərazi dairəsinin Köhnəqışlaq kəndində dəfn olunub. Şəhidin cənazəsi bükülmüş Azərbaycan bayrağı atası Vüqar Xəlilova təqdim olunub.

İstiPress-in məlumatına görə, dəfn mərasimində rayon rəhbərliyi, idarə və təşkilat işçiləri, əsgərin hərbçi yoldaşları və yerli sakinlər iştirak ediblər.

2000-ci il təvvəllüdlü Elşən Xəlilov Gədəbəy rayonunun İnəkboğan kənd inzibati ərazi dairəsinə daxil olan Köhnəqışlaq kənd sakini idi. O, 2018-ci ilin iyul ayında  Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsindən hərbi xidmətə yollanmışdı. Elşən Xəlilov ailədə bir bacının yeganə qardaşı idi.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.
İyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.