PKK Qərbi Azərbaycana hücum etdi

10 İyun, 2018 15:10 | Siyasət | Baxış sayı: 304
SEPAH üzvləri döyüş zamanı
SEPAH üzvləri döyüş zamanı

Bir qrup terrorçu zərərsizləşdirildi

İranın Qərbi Azərbaycan əyalətində terrorçular və SEPAH arasında atışma olub.

İstiPress-in məlumatına görə, bu barədə "Tasnim" agentliyi məlumat verib. Xəbərə görə, hadisə nəticəsində 7 terrorçu zərərsizləşdirilib. Onlardan bir neçə nəfəri öldürülüb.

SEPAH-ın "Həmzə Seyyduş-Şühəda" quru qoşunları qərargahının yaydığı məlumata görə, cümə axşamı bir qrup terrorçu İraqın şimalındakı kürd bölgəsindən İran ərazisinə soxulmağa cəhd edib. SEPAH-ın müdaxiləsi nəticəsində cəhdin qarşısı alınıb.

Oşnəviyə sərhəd keçid məntəqəsi yaxınlığında zərərsizləşdirilən terrorçulardan xeyli sayda silah götürülüb.

SEPAH üzvlərindən xəsarət alan olmayıb.