Paşinyanın İrəvan və Naxçıvan döyüşlərində iflası

10 İyun, 2018 18:56 | Siyasət | Baxış sayı: 736
Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistan əhalisi qorxur: Hərbçilər yalan danışır

Rusiya mətbuatı Ermənistanın yeni baş  naziri Nikol Paşiyanın qeyri-ciddi, bacarıqsız siyasi oyunçu olması barədə məateriallar təqdim etməyə başlayıb.

İstiPres-in məlumatına görə, bu işə start sanki Ermənistanın keçmiş təhsil naziri Armen Aşotyanın Paşinyanı “çox istedadlı aktyor, amma mənasız baş nazir” olması barədə açıqlamasından sonra verilib. 

Materiallarda əsas xətt Nikol Paşinyanın idarəetmə və hərbi sahələrdə səriştəsizliyi olub. Məsələn, rusiyalı jurnalist Mixali Belyayev “Vestnik Kavkaza” portalı üçün bu mövzuda  yazdığı məqaləsini “İrəvanın gecə atəşləri və Naxçıvanda iflas” adlandırıb.

Məqalədə Nikol Paşiyanla vəzifəyə yeni təyin etdiyi kadrlar arasındakı problemlərdən bəhs edilir. Bildirilir ki, Paşinyan İrəvana polis rəisi təyin etdiyi Valeri Osipyanı sərt tənqid edərək finəg atəşlərini dayandırmağı tələb edib.   Paşinyan Osipyanı hədələyib ki, fişəng atanları, seçicilərə rüşvət verənləri və mənzil oğurluqları açmasalar, onlar üçün çətin olacaq. Erməni blogerlər bunu ələ salıblar. Bloger Oleq Koçaryan bildirib ki, əgər baş nazir küçələrdə yanğın olmaqdan qorxursa, niyə tərəfdarları parlamentin ortasında məşəl yandırırdılar?

Azərbaycan ordusunun nəzarətə götürdüyü mövqe
Azərbaycan ordusunun nəzarətə götürdüyü mövqe

Erməni blogerlər Azərbaycanın Naxçıvanda 11 min hektar ərazini işğaldan azad etməsi məsələsinə də toxunurlar. Cənubi Kaliforniya Universitetinin əməkdaşı Emil Sanamyan yazır ki, Azərbaycan 10-15 kvadrat kilometr ərazini nəzarətə götürüb.  Erməni bdogerlər bildirirlər ki, bu, müharibədən sonrakı illər üzrə Ermənistan ordusunun nəzarətindən çıxmış ən böyük ərazidir.  

Erməni şərhçi Sarkis Arstruni isə erməni blogerlərin və Azərbaycan tərəfinin verdiyi məlumatlara Ermənistan Müdafiə Nazirliyi tərəfindən tutarlı  cavab verilməməsindən narahat olub. Çünki Nazirlikdə yeni və köhnə komnadaların təmsilçiləri fərqli açıqlamalar verirlər. Bu fikir ayrılıqlarını nəzərə alan Arsruni vəziyyətin qorxulu olduğunu bildirir: “Bu, ciddi həyəcan üçün səbəbdir, özü də düşmən iddia edir ki, İrəvan - Xankəndi yolunu müşahidə altına götürüb”.

Bunları nəzərə alan Mixali Belyayev xatırladır ki, 2016-cı ildə ermənilər Serj Sarkisyana bundan az torpaq itkisini bağışlamadılar və Naxçıvandakı iflas “messiya” ehtiyacı duyan ermənilərdə “xalqın baş naziri” ilə bağlı məyusluğu daha da gücləndirib: “Halbuki, may əməliyyatlarını Azərbaycan silahlı qüvvələri İrəvanın bir neçə 10 kilometrliyində heç bir itki vermədən həyata keçiriblər”.