Kim Çen In Trampla görüşə nindza kimi getdi

10 İyun, 2018 12:57 | Siyasət | Baxış sayı: 237

Şimali Koreya liderinin təyyarəsi uçuş istiqamətini və reysin nömrəsini dəyişib

Şimali Koreya lideri Kim Çen In ABŞ lideri Donald Trampla görüşmək üçün sinqapura gəlib. 

İstiPress-in məlumatına görə, bu barədə Sinqapur xarici işlər naziri Vivian Balakrişnan öz "Twitter" səhifəsində yazıb. O, Kim Çen Inla görüşdüyü anın şəklini payıaşıb. 

Eyni zamanda Göyərtəsində Şimali Koreya lideri Kim Çenin Inın olduğu güman edilən “Air China” aviakompaniyasının təyyarəsi uçuş zamanı istiqamətini və reysin nömrəsini dəyişib.

Bu barədə Cənubi Koreyanın “Rönhap” agentliyi məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, “Boeing-747” layneri Pxenyandan CA122 marşrutu üzrə Pekinə yollansa da, havada ikən reysin nömrəsini CA61-ə dəyişərək Sinqapura yollanıb.

Təyyarədə Şimali Koreya liderinin olub-olmaması məlum deyil, ancaq Kim Çen Inın ABŞ prezidenti Donald Trampla görüşə bu şəkildə yollandığı dəqiqdir.

Qeyd edək ki, iki ölkə liderinin görüşü iyunun 12-si Sentosa adasında yerləşən "Capella" otelində baş tutacaq.