Zakir Həsənov Türkiyənin ən son hərbi texnikasını şəxsən yoxladı FOTOLAR

10 May, 2018 10:00 | Siyasət | Baxış sayı: 215
Zakir Həsənov Türkiyədə təlimləri izləyib
Zakir Həsənov Türkiyədə təlimləri izləyib

Müdafiə naziri "Efes-2018” təlimlərini də izləyib

Müdafiə naziri “Efes-2018” beynəlxalq təlimlərini müşahidə edib. Nazirlikdən İstiPress-ə verilən məlumata görə, İzmir şəhərində keçirilən “Efes-2018” beynəlxalq təlimlərinin mayın 9-da “Doğanbey” poliqonunda gecə mərhələsi baş tutub.

General-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti əvvəlcə Türkiyə müdafiə sənayesi sərgisini ziyarət edərək hərbi təyinatlı müasir silah və döyüş texnikaları nümunələri ilə tanış olublar.

Sonra Azərbaycan nümayəndə heyəti yüksək səviyyəli müşahidəçilərlə birgə təlimin gecə saatlarında keçirilən mərhələsini izləyib.