YAP internatda böyümüş cütlüyə toy elədi, ev verdi - VİDEO, FOTO

10 May, 2018 15:53 | Siyasət | Baxış sayı: 124

Əli Əhmədov toyda oynadı

Yeni Azərbaycan Partiyası (YAP) Bakıda internat məktəbində böyümüş Fikrət və Aytacın toy edib. 

İstiPress-in məlumatına görə, hər ikisi 8 saylı sanatoriya tipli internat məktəbinin məzunları olan gənclərə hakim partiya tərəfindən ev də hədiyyə edilib. 

Fikrətlə Aytaca paytaxtın adlı-sanlı şadlıq evlərindən birində təmtəraqlı toyedə Yeni Azərbaycan Partiyasının hədiyyə kimi yeni qurulan ailəyə aldığı bir otaqlı mənzilin açarlarını Yeni Azərbaycan Partiyasının sədr müavini və icra katibi Əli Əhmədov toyda şəxsən təqdim edib. Sonra Əli Əhmədov başda olmaqla millət vəkilləri “Süleymani” havasında qol qaldırıb ürəkdən rəqs ediblər.

Toyun təşkil olmasında iştirak etmiş YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva bildirib ki, açarları təqdim etdiyi mənzil məişət əşyaları, mebellərlə tam təmin olunub. Həmçinin ailənin yaşaması üçün lazım olan hər şey - qab-qacaqdan tutmuş, elektrik avadanlıqlarına qədər hər şey alınıb. Həmçinin partiya Fikrətə maaşı daha yüksək olacaq iş də tapmağa da söz verib.