XİN: Separatçı rejim danışıqlarda tərəf kimi iştirak edə bilməz

10 May, 2018 18:16 | Siyasət | Baxış sayı: 83
XİN
XİN

"Dağlıq Qarabağdakı separatçı rejim danışıqlarda tərəf qismində iştirak edə bilməz".

İstiPress-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. 

"Bu nonsensdir, real deyil. Bu, danışıqlar prosesinə və onun predmetinə uyğun deyil. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir", - o qeyd edib.

Nazir müavini vurğulayıb ki, danışıqların formatı əvvəldən müəyyən olub: "Müzakirə predmeti yalnız işğal olunmuş ərazilərin azad olunması və Dağlıq Qarabağdakı erməni azlığının azərbaycanlılarla birgə yaşamasıdır".