Paşinyanın Qarabağa səfəri beynəlxalq hüququn pozulmasıdır

10 May, 2018 18:57 | Siyasət | Baxış sayı: 194
Nikol Paşinyan, Bako Saakyan - Xankəndi, 9 may, 2018
Nikol Paşinyan, Bako Saakyan - Xankəndi, 9 may, 2018

"Bu cür həyasızcasına səfər danışıqlar prosesinin prinsiplərinə uyğun deyil"

"Nikol Paşinyanın Dağlıq Qarabağa səfər etməsi beynəlxalq hüququn pozulması deməkdir".

İstiPress-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

N.Paşinyanın işğal altında olan ərazilərə səfər zamanı Azərbaycanı qorxaq adlandırması və digər bu cür bəyanatlarla çıxış etməsinə təəssüfləndiyini qeyd edən nazir müavini bildirib ki, Ermənistanın yeni baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə bu cür həyasızcasına səfər etməsi və belə bəyanatlar verməsi danışıqlar prosesinin prinsiplərinə uyğun deyil.