İsrail İranla üz-üzə gəldi - "Cavab çox güclü olacaq"

10 May, 2018 09:35 | Siyasət | Baxış sayı: 311
İsrailə məxsus qırıcı
İsrailə məxsus qırıcı

Suriyaya bomba yağdı

İsrail İranın Suriya ərazisindəki mövqelərini raket atəşinə tutdu. İstiPress-in məlumatına görə, gecə saatların da İranın Suriyadakı qüvvələri İsrailin nəzarəti altında olan Qolan yüksəklikləri istiqamətində 20 raket atılıb.

İsrailin bu gün səhərki zərbələri də məhz buna cavab olub. Bu barədə İsrailin Müdafiə Nazirliyinə istinadla məlumat yayılıb. "Bütün təyyarələrimiz təhlükəsiz şəraitdə bazaya geri qayıdıblar".

Vurulan obyektlər arasında Suriyaya məxsus radiolokasiya stansiyası da (RLS) var. Təlafat haqqında məlumat verilməyib. 

Ordu nümayəndəsi zərbələrdən öncə Rusiya tərəfinin məlumatlandırıldığını deyib. "İsrail öz sərhəddində gərginliyin artmasında maraqlı deyil. Ancaq İranın yeni hücumu olarsa güclü cavab veriləcək. Bunun üçün də onları yeni hücumdan çəkinməyə çağırırıq". Bunu İsrail ordusunun rəsmi nümayəndəsi Yonatan Konrikus deyib.