Ermənilər Türkiyə ilə barışmaq istəyir, amma...

10 May, 2018 09:14 | Siyasət | Baxış sayı: 443
Nikol Paşinyan "RBK"nın suallarına cavab verir
Nikol Paşinyan "RBK"nın suallarına cavab verir

Paşinyan Xankəndindən bəyanat verdi

Ermənistanın yeni baş naziri Nikol Paşinyan Türkiyə ilə münasibətləri düzəltmək istəyir. İstiPress-in məlumatına görə, bu barədə siqnalı isə o Azərbaycanın işğal altında olan torpaqlarında olarkən verib. Amma şərti var...

Xankəndidə jurnalistlərə açıqlama verən Paşinyan bunun heç bir ilkin şərt olmadan baş tutmasını arzu edir. "Şərtləri Türkiyə irəli sürüb. Bu şərtlər isə məntiqsizdir". O, deyib ki, iki ölkənin əlaqəsi üçüncünün maraqlarına xidmət etməməlidir. 

Buna baxmayaraq baş nazir qondarma erməni soyqırımının tanınması məsələsinin bura aid olmadığını deyib. 

Xatırladaq ki, Türkiyə dəfələrlə Azərbaycan əraziləri azad edilmədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının mümkün olmadığını bəyan edib. 

İstiPress-in məlumatına görə, Türkiyə Prezidenti Administrasiyası trend-ə paşinyanın bəyanatını şərh edib. Administrasiyadan qeyd ediblər ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir: "Dağlıq Qarabağ məsələsində Türkiyənin mövqeyi dəqiq və aydındır və Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etməlidir".

Ermənistanın qondarma "erməni soyqırımı" iddialarına gəlincə isə, administrasiyadan bildiribər ki, Türkiyə 1915-ci ilin hadisələrini araşdırmaq üçün özünün bütün arxivlərini açıb: "Arxivlərin açılması barədə bir neçə dəfə prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib. Əgər tarixdə ermənilərə qarşı "soyqırım" olsaydı, Ermənistan Ankaranın arxivlərin açılması barədə təklifi ilə razılaşardı".