Azərbaycanlı hərbçilərin qoşulduğu hərbi əməliyyat - toplar, hərbi təyyarələr işə düşdü FOTOLAR

10 May, 2018 15:50 | Siyasət | Baxış sayı: 213
"Efes 2018"
"Efes 2018"

Hərbçilər yamaclar, minalanmış sahə, tikanlı məftilləri aşarak hərbi texnika üçün yol aça biliblər

Azərbaycanın da iştirak etdiyi Türkiyənin İzmir şəhərində “Efes-2018”in atış təliminin bir gününün fotoları yayılıb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, müşahidə gününü baş qərargah rəisi Hülusi Akar başda olmaqla, Azərbaycanın müdafiə naziri Zakir Həsənov, eləcə də 10-a yaxın ölkənin baş qərargah rəisləri, ordu komandanları - ümumiyyətlə 38 ölkənin nümayəndələri izləyib. 

Ssenariyə uyğun olaraq Arnland adlı ölkənin Öland adası Torrike adlı ölkə tərəfindən işğal edilib. Arnlandın BMT-dən kömək istəməsindən sonra Türkiyənin rəhbərlik etdiyi koalisiya qüvvələri əməliyyata başlayır. 

İlk olaraq dənizdən top atəşi açılıb, daha sonra əməliyyat "CH-47F Chinook"  helikopterləri ilə davam edib. Yaralı personal səyyar xəstəxanaya daşınıb. 

Növbəti mərhələdə amfibiya hücum hərakatı başlayıb. Avtomatlardan, "RPG-7 R/A"dan atışlar edilib, topçular dəstək veriblər. Dik yamaclar, minalanmış sahə, tikanlı məftilləri aşarak keçid açan hərbçilər hücuma başlayıblar. 

Təlimlərdə iki il öncə Türk Silahlı Qüvvələrinin invertarına daxil edilən  və "uçan qala" adlandırılan "CH-47F Chinook" helikopterlərindən də "Efes-2018"də ilk dəfə istifadə edilib. Cüt mühərrikli, 8 ton yük daşıya bilən helikopterdən önəmli hədəflərin vurulmasında istifadə edilir. Ən diqqətçəkən isə Türkiyənin yerli istehsalı olan 3 saat havada dayanan, 537 kilometr mənzili olan ATAK helikopterləri olub.

Xatırladaq ki, bu il müştərək təlimdə iştirak edən ölkə sayı 8-dən 23-ə yüksəlib. Təlimdə "Zeytun budağı", "Fırat qalxanı" əməliyyatları zamanı əldə edilən təcrübələr də bölüşülüb. Təlim sahəsində 945-i əcnəbi olmaqla 7500 hərbçi çalışıb. 

Qeyd edək ki, "Efes-2018"də Azərbaycan Ordusunun 100-dən çox hərbi qulluqçusu da iştirak edib.