Koronavirus qəbristanlığı - dünyanı dəhşətə salan FOTOLAR

10 Aprel, 2020 14:45 | Siyasət | Baxış sayı: 255
Qəbristanlıq
Qəbristanlıq

ABŞ ölüləri basdırmaq üçün xüsusi ada ayırıb

Koronavirusa verdiyi qurbanlara görə, lider mövqeyinə yüksələn ABŞ-dan yayılan son görüntülər dünyanın gündəmi olub. Amerika artıq ölənlərin dəfni üçün xüsusi bir ada ayırıb. Bu ada da kütləvi qəbristanlıqlar salınmağa başlanılıb. Bundan başqa dəfn prosesləri üçün müqaviləli işçilərin də cəlb edilməsinə başlanılıb. 

ABŞ-da 468895 adam bu zamana kimi COVİD-190a yoluxub. Onu İspaniya (153222), İtaliya (143626), Almaniya (118235) və Fransa (117749) izləyir. Virusun mənbəyi olan Çində isə cəmi 81907 yoluxma qeydə alınmışdı.

Amerikada isə ölü və yoluxma sayına görə Nyu-York və Nyu-Cersi liderdir. Onları Miçiqan ştatı izləyir.

"Reuters"in dronla çəkdiyi görüntülərdə ölən amerikalıların Nyu-York yaxınlığındakı Hart adasına dəfn edilməyə başladığı görünür. Adıçəkilən ada 19-cu əsrdən bəri kimsəsizlərin dəfn edildiyi yer olaraq tanınır. 

Adaya aparılan meyitlər əvvəlcə xüsusi torbalara qoyulur, sonra isə tabutda yan-yana dəfn edilirlər. Ölən şəxsin adı isə onun tabutunun üzərində yazılır. Bundna sonra nəşlər ekskavatorlarla qazılan uzun quyulara dəfn edilirlər.