İlham Əliyev videokonfransla sammitə qoşuldu

10 Aprel, 2020 13:45 | Siyasət | Baxış sayı: 91
Konfrans
Konfrans

Ərdoğan: "Görünməz düşmənlə çətin bir savaşdayıq"

Bu gün Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü başlayıb. Sammit koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub və Azərbaycan prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə keçirilir.

Konfransda çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan virusu gec və ya tez məğlub edəcəklərini açıqlayıb.

"Bütün bəşəriyyət olaraq indi görünməz düşmənlə çətin bir savaşdayıq. Türk Şurasının bu sammiti araamızdakı əlaqələri daha da möhkəmləndirəcək. Bu dövrdən Allahın icazəsi ilə güclənərək çıxacağımıza inanıram. Bu savaşı qazanacağıq. Daha sonra yeni bir dünya gerçəkliyi ilə qarşı-qarşıya qalacağıq. Epidemiya sonrası dövr üçün hazırlıq görün". 

Prezident bildirib ki, pandemiya ilə bağlı olaraq hazırda iqtisadi böhran da hökm sürür. O, Türkiyə ilə Azərbaycan və Gürcüstan arasındakı yük daşımalar üçün istifadə edilən dəmiryolu daşıyıcılığının Mərkəzi Asiyaya uzadıla biləcəyini də qeyd edib. "Görülən tədbirlər aramızdakı ticarətə mənfi təsir göstərə bilər. Beynəlxalq ticarət və yük daşınması təchizat zənciri baxımından vacibdir.

Gündəlik 3500 ton yükün daşınması üçün iş aparırıq. Şura üzvlərindən keçid ödənişləri, sürücü vizaları kimi məsələlərdə güzəştlər gözləyirəm".