Azərbaycan qırıcılarını havaya qaldırdı VİDEO

10 Aprel, 2020 11:46 | Siyasət | Baxış sayı: 411
Qırıcı
Qırıcı

Uçuş 2020-ci il üçün döyüş hazırlığı planına əsasən baş tutub

Azərbaycan Ordusu  MiQ-29 və Su-25 təyyarələrinin ekipajları ilə taktiki-uçuş təlimi keçirilib. Təlim uçuşu Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən baş tutub. 

Təlim zamanı qarışıq aviasiya qrupları tərəfindən yerüstü hədəflərin məhv edilməsi, hava hədəflərinin ələ keçirilməsi, hava hücumundan müdafiə səddinin aşılması və radioelektron mübarizə vasitələrindən istifadə olunmaqla şərti düşmənin hava hücumunun dəf edilməsi kimi tapşırıqlar məşq etdirilib.

Pilotlar yeni və modernizə olunmuş radioelektron mübarizə vasitələri ilə yaxın, orta və uzaq mənzilli hava hücumundan müdafiə sistemlərinin susdurulması imkanlarını yoxlayıb, eləcə də aviasiya vasitələrinin tətbiqi bacarıqlarını təkmilləşdiriblər.