Virus Avropa Parlamentinə sıçradı

10 Mart, 2020 14:53 | Siyasət | Baxış sayı: 71
David Sassoli
David Sassoli

Palamentin sədri Brüsseldə karantinə götürülüb

Dünyada 4 minə yaxın insanın həyatına son qoyan koronavirus Avropa Parlamentinə də sıçradı. Məlumata görə, qurumun sədri David Sassoli koronavirusa görə karantinə götürülüb. Sassoli Brüsseldə evində həkim nəzarətindədir. 

Xatırladaq ki, COVİD-19 adlandırılan koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114 571-ə çatıb. Bunların 64 280 nəfəri sağalıb, 4 030 nəfəri isə ölüb.

Azərbaycanda 11 nəfər virus daşıyıcısı var.