Putin 2036-cı ilə qədər prezident ola biləcək

10 Mart, 2020 17:56 | Siyasət | Baxış sayı: 144
Vladimir Putin
Vladimir Putin

Rusiya Dövlət Duması yeni təklifi qəbul etdi

Rusiya Dövlət Dumasının plenar iclasında deputat Valentina Tereşkovanın konstitusiyaya prezidentlik müddəti haqqında dəyişikliklə bağlı təklifi qəbul edilib.

İstiPress-in məlumatına görə, Valentina Tereşkovanın təklifinə əsasən, dövlət başçısı vəzifəsini daşımış və ya daşıyan şəxs dəyişiklik qüvvəyə minən andan prezident seçkisində namizəd ola bilər. Bu zaman əvvəlki prezidentlik müddəti nəzərə alınmayacaq.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bu təklifi bəyənməsə də, məsələnin Konstitusiya Məhkəməsində razılaşdırılmasının vacibliyini vurğulamışdı. 

İndiki Konstitusiyaya görə Rusiyada bir şəxsin dalbadal iki dəfədən çox prezident olmasına yol verilmir. Lakin arada fasilə olsa bir şəxs üçüncü və dördüncü dəfə də prezident ola bilər.