İtaliya dünyaya bütün qapılarını bağladı

10 Mart, 2020 09:10 | Siyasət | Baxış sayı: 72
İtaliyada karantin
İtaliyada karantin

Koronavirusa görə bütün ölkədə karantin elan edilib

İtaliyanın baş naziri Cüzeppe Konte koronavirusla əlaqədar ölkədə vətəndaşların hərəkətinin məhdudlaşdırılmasını nəzərdə tutan karantin tədbirlərinin genişləndirildiyini elan edib. Bu barədə qərar koronavirusa yoluxma və ölüm hallarının sayının artması ilə bağlı son məlumatlardan sonra verilib. 

Ölkə daxilində hərəkət yalnız əsaslı səbəb olarsa mümkün olacaq. Bura ailə və yaxud iş, həmçinin sağlamlıq vəziyyəti aiddir.

O cümlədən ölkədə bütün idman tədbirləri, yarışlar, futbol üzrə dünya çempionatı dayandırılıb, qrudp şəklində görüşlər məhdudlaşdırlıb. Əyləncə məkanları, muzeylər, teatr və kinoteatrlar bağlanıb. Aprel ayıənın 3-nə kimi bütün tədris müəssisələrində də tətil elan edilib. 

Xatırladaq ki, İtaliya koronavirusa görə Çindən sonra ən çox ölüm faktı qeydə alınan ölkədir. Son məlumata görə, yoluxanların sayı 9 mindən artıqdır. 400-dən artıq insan isə artıq ölüb.