Ruslar erməni məhsullarını yerlə bir etdilər

10 Mart, 2018 10:01 | Siyasət | Baxış sayı: 295
Tərəvəz dolu yük maşını
Tərəvəz dolu yük maşını

Tonlarla sənədsiz tərəvəz məhv edilib

Rusiya ərazisinə öz məhsullarını qaçmaqal yolu ilə gətirmək istəyən ermənilərin arzuları yenə ürəklərində qaldı. İstiPress-in məlumatına görə, ermənilər bu ölkənin sərhəd keçid məntəqələrində ciddi maneələrlə qarşılaşırlar. Son zamanlar isə Ermənistan istehsalı olan məhsulların Rusiya ərazisinə girməyə imkan tapmamış ya geri qaytarıldığı və ya məhv edildiyi barədə xəbərlər çoxalıb. 

Bənzər hadisə yenidən qeydə alınıb. Martın 7-də Yuxarı Lars sərhəd keçid məntəqəsində rus sərhədçiləri 6 ton təzə tərəvəz olan yük maşınını saxlayıblar.  Məhsulların harada istehsal edildiyi, adları, hara aparıldığı, tərkibləri,  Gömrük İttifaqının sanitar kodeksi üçün lazim olan heç bir məlumat olmayıb. Bunun üçün də bütün bu məhsullar Vladiqafqazda məhv ediliblər.

Bu son bir həftədə erməni qaçaqmalçıların üzləşdiyi ikinci belə haldır. Belə ki, bir neçə gün öncə də, Sankt Peterburqa aparılan yüz kiloqramlarla çiyələk həşəratlı və ziyanverici maddələrlə zəngin olduğu üçün geri qaytarılmışdı. 

Mütəxəssislər deyirlər ki, Rusiya Ermənistan məhsullarına nəzarəti daha da gücləndirib. Əsas tələb isə onların daha keyfiyyətli olması, standartlara cavab verməsi, düzgün saxlanma qaydasıdır. Bəziləri isə ümumiyyətlə iki ölkə arasında son zamanlar soyuq münasibətin yarandığı qənaətindədir. Buna səbəb isə İrəvanın bir əlində iki qarpız tutmaq istəməsi ilə bağlıdır. O, həm Avropa İttifaqı, həm də Avrasiya İttifaqı ilə münasibət qurmağa cəhd edir. Bu günlərdə Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federiko Moqerininin Ermənistanla sıx əlaqələrindən danışıb. Bu isə çətin ki, Moskvanın xoşuna gəlsin.

Qeyd edək ki, Aİ Ukrayna hadisələrinə görə Rusiyaya qarşı sanksiya tədbiq edib.