Prezident Jurnalistlər Qrultayına müraciət göndərdi

10 Mart, 2018 10:58 | Siyasət | Baxış sayı: 35
Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Müraciəti Əli Həsənov oxuyub

"Azərbaycan Respublikasında hər bir sahənin, o cümlədən KİV-in inkişafına hərtərəfli dövlət dəstəyi həyata keçirilir. Dünya miqyasında milli informasiya resurslarımızın çəkisi getdikcə artır, rəqabət qabiliyyəti yüksəlir".

Prezident İlham Əliyev Mətbuat Şurasının (MŞ) VII qurultayına müraciət ünvanalayıb. Prezidentin müraciətini onun köməkçisi Əli Həsənov oxuyub.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi  isə öz çıxışında bildirib mki, Azərbaycan dövlətini heç kim, heç zaman məğlub edə, aşağılaya bilməz. "Dövləti heç kim milli prinsiplərdən, ideyalardan çəkindirə bilməz. Biz Azərbaycanın dövlət başçısı və onun iradəsi ilə gücülüyük. Dövlətimizin təhlükəsizliyini təmin edən milli ordumuzla güclüyük. Azərbaycan qələm sahibləri - jurnalistlərlə güclüdür".

Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlər adından dövlət başçısına təşəkkür edib.

Martın 10-da Bakıda Azərbaycan jurnalistlərinin VII qurultayı işə başlayıb. İştirakçılar ötən qurultaydan keçən dövr ərzində dünyasını dəyişmiş jurnalistlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Mətbuat Şurası İdarə Heyətinə seçilmək üçün üzv təşkilatlar tərəfindən ən çox namizədliyi irəli sürülmüş 24 jurnalistdən, 18 ictimaiyyət nümayəndəsindən və 9 internet informasiya resursu təmsilçisindən ibarət 51 nəfərin adının yer aldığı vahid seçki bülleteni tərtib edilib.

Qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 241 nümayəndə iştirak edir. Həmçinin Şuranın İdarə Heyətinin tərkibi Təşkilat Komitəsi kimi fəaliyyət göstərdiyindən qurumun üzvləri də qurultay nümayəndəsi qismində təmsil olunurlar.