Mətbuat Şurasına sədr seçildi

10 Mart, 2018 13:35 | Siyasət | Baxış sayı: 137
Qurultay
Qurultay

Qurultayda səsvermə olub

Azərbaycan Mətbuat Şurasının (MŞ) VII qurultayında Şuranın sədri  müəyyən edilib. Qurultayda səsvermə ilə Əflatun Amaşov növbəti dəfə sədr postuna seçilib. 

Bundan başqa, səsvermənin nəticələrinə əsasən, Şuranın İdarə Heyətinə 11 jurnalist (Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Rəşad Məcid, Aydın Quliyev, Akif Aşırlı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Aynur Camalqızı, Bəxtiyar Sadıqov, Bahəddin Həziyev), 7 ictimaiyyət nümayəndəsi (Vüqar Səfərli, Müşfiq Ələsgərli, Aqil Abbas, Cavanşir Feyziyev, Hikmət Babaoğlu, İlham İsmayılov, Yadigar Məmmədli) 5 internet informasiya resursu təmsilçisi (Vüsalə Mahirqızı, Azər Həsrət, Niyaz Niftiyev, Rəhman Hacıyev, Anar İmanov) seçilib.

Xatırladaq ki, qurultayda Mətbuat Şurasının Nizamnaməsinə İdarə Heyətinin tərkibinin genişləndirilməsi ilə bağlı dəyişiklik edilib. Dəyişikliklə üzvlərin sayı 17-dən 23-ə çatdırılıb.

Qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 241 nümayəndə iştirak edir. Həmçinin Şuranın İdarə Heyətinin tərkibi Təşkilat Komitəsi kimi fəaliyyət göstərdiyindən qurumun üzvləri də qurultay nümayəndəsi qismində təmsil olunurlar.