Azərbaycanın şimal qonşusunun ordusu NATO-nu qorxuya saldı

10 Mart, 2018 14:15 | Siyasət | Baxış sayı: 529
Rusiya Ordusu
Rusiya Ordusu

"2025-ci ilə bizə meydan oxuyacaqlar"

Rusiyanın artan hərbi qüdrəti Amerika, NATO-nu qorxuya salıb. İstiPress-in məlumatına görə, bu barədə ABŞ-ın internet jurnalı olan "Defense One"də məqalə dərc edilib. Pentaqon Rusiyanın Avropada hərbi qüvvəsinin artmasının onları çox narahat edən vəziyyət olduğunu açıqlayıb. 

NATO-nun Avropa Müttəfiq Qüvvələrinin komandanı general Kurtis Skaparottinin sözlərinə görə, ABŞ-ın Avropadakı hərbi birləşmələri 2025-ci ilə kimi Rusiya qarşısında öz gücünü itirəcək. General Rusiya ordusunun modernləşmə sürətinə diqqət çəkib. 

"Rusiya hərbi sahəsinin modernləşmə sürətinə nəzər alaraq biz də silahlı qüvvələrimizin yenilənmə sürətini azaltmağa risk edə bilmrik. Əks halda onlar 2025-ci ilə kimi ordumuzun hegomonluğuna bütün sahələrdə meydan oxuyacaqlar". 

Skaparrottinin sözlərinə görə, Rusiyanın arktik bölgədəki dəniz yolları üzərindəki nəzarəti ələ keçirmək səylərini də diqqətə almaq lazımdır. "Moskva istəsə 2-3 il ərzində Şimal Dəniz yolunun üzərində nəzarəti ələ keçirə bilər. Amma ABŞ bu sahədə geri qalır". 

Xatırladaq ki, analiz mərkəzi olan "Rand Corporation" bir müddət öncə yaydığı hesabatında Rusiyanın son 10 ildə NATO ilə arasındakı texnoloji uçurumu azaltdığını qeyd edib. Moskva eyni zamanda Avropada təsir qüvvəsini böyütməyə davam edir. O, həm də Suriyada öz hərbi təcrübəsini artırır.