Azərbaycan prezidenti olmaq istəyənlərin sayı 7 oldu

10 Mart, 2018 14:50 | Siyasət | Baxış sayı: 399
Azərbaycanda seçki
Azərbaycanda seçki

Onların hamısının namizəsdliyi qeydə alınıb

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbayacan prezidenti olmaq istəyən daha 3 nəfərin namizədliyini qeydə aldı. Bunlar Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafız Hacıyev və namizədliyi AXC təşəbbüs qrupu tərəfindən irəli sürülən Razi Nurullayevdir. 

Həmin şəxslər imza namizədin qeydə alınması üçün zəruri seçki sənədlərini MSK-ya təqdim ediblər. Hər 3 şəxsin prezidentliyə namizədliyinin qeydə alınması məsələsi səsverməyə çıxarılaraq qəbul edilib.

Beləliklə, prezidentliyə qeydə alınmış namizədlərin sayı 7-yə çatıb

Qeyd edək ki, bu günə kimi namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, o cümlədən Zahid Orucun, Qüdrət Həsənquliyev və Araz Əlizadənin prezidentliyə namizədliyini qeydə alınmışdı. 

Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.