Məşhur uyğur şairi Çin türməsində öldü - Türkiyə nota verdi

10 Fevral, 2019 11:33 | Siyasət | Baxış sayı: 441
Abdurrehim Heyit
Abdurrehim Heyit

Çin hakimiyyəti Abdurrehim Heyitə son bəstəsinə görə 8 il iş kəsmişdi

Çində həbsxanalardan birində məşhur uyğur şairi və insan haqların uğrunda mübariz Abdurrehim Heyit dünyasını dəyişib.

İstiPress BBC-yə istinadən xəbər verir ki, uyğur türklərinin nümayəndəsi Hami Aksoyun sözlərinə görə, Heyit ikinci il idi ki, həbsdə idi. Çin hakimiyyəti onu son bəstəsinə görə 8 il müddətinə azadlıqdan məhrum etmişdi. “Biz Çin tərəfindən rəsmi məlumat gözləyirik”, - Aksoy bildirib.

Bəzi mənbələrin bildirdiyinə görə, Abdurrehim Heyitin ölümünə işgəncələr səbəb olub.

Türkiyə XİN Çin hökumətini uyğurların hüquqlarının pozulmasına görə ittiham edib və şairin taleyi ilə bağlı ən qısa zamanda byanat verilməsini istəyib.