Türkiyənin ən varlı azərbaycanlısı: "İt hürər..."

10 Fevral, 2018 11:45 | Siyasət | Baxış sayı: 514
Mübariz Mənsimov
Mübariz Mənsimov

Mübariz Mənsimov Türkiyədən gedir?

"İllərdir gedir deyirlər. Amma burdayam. Türkiyəni çox sevirəm və burada çalışmağa davam edirəm". İstiPress-in "Hürriyət"ə istinadla verdiyi məlumata görə, bunu Türkiyədə yaşayan azərbaycanlı iş adamı, "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov deyib. Mənsimov şirkəti ətrafında yaranan qalmaqallarla bağlı açıqlamalar verib. 

İş adamı Rusiyanın "Lukoil" şirkəti ilə məhkəmə çəkişməsində olduqlarını təsdiq edib. ""Lukoil" ilə məhkəməliksiniz, SOCAR ilə ortaqlığınız bitdi. Onları itirmək sizə necə təsir etdi?" sualına iş Mənsimovun cavabı belə olub:

"Onlar getti, başqa iri şirkətlər gəldi. Biz "Total", "Shell", BP, "Statoil", "Vitol" kimi dünya nəhəngləri ilə işləyirik. Bunların yaşı 100-ü keçib. 

"Lukoil" ilə 27 ildir çalışırdıq. Yaxşı şirkətdir. 2005-2010-cu ildə razılaşmamız var idi. Biz buna uyğun olaraq gəmiləri aldıq. 2010-2020-ci illər üçün müqavilə yeniləndi. 2010-cu ilə kimi hər şey yaxşı idi. Sonra müqavilənin şərtlərinə riayət edilmədi. Mən masa ətrafında razılaşamaq, əməkdaşlığa davam etmək istədim. Amma olmadı. Bu barədə çox danışa bilmərəm. Çünki məhkəmə prosesi davam edir. Məhkəmə İngiltərədədir. Əlimizdə divar kimi müqavilələrimiz var. Qazanmalıyıq. Proses ən geci 2019-cu ildə bitər". 

Türkiyənin ən varlıları siyahısına düşən azərbaycanlı "Lukoil" ilə yaranan problemdən sonra Rusiyadan şirkətlərini satıb çıxa biləcəklərini də etiraf edib. "Vəziyyətə baxacağıq. Biz hazırda Rusiyanın ən çox gəmisi olan, bu sahədə fəaliyyət göstərən ən böyük şirkətiyik". 

Mənsimov SOCAR-la ortaqlığının bitirməsindən də bəhs edib. Onun sözlərinə görə, Azərbaycanın Dövlət Neft Şirkəti ilə də uzun müddət çalışıb. Demək olar ki, ortaq şirkət qurub. "Logistika şirkətinin 35 faizi bizim idi. Üç il öncə ortaqlıqdan çıxdım. Ortaq iş görmək istəmirəm. Ortağın varsa işlər çətinləşir. Anlaşaraq ayrıldıq. SOCAR-la problemimiz yoxdur. Heç bir məhkəməlik işimiz olmayıb. Bu barədə yayılan xəbərlər də yalandır".

Mübariz Mənsimov
Mübariz Mənsimov

M.Mənsimov Azərbaycan mediasında onları sevməyən qüvvələrin olduğunu da açıqlayıb. Bu isə müəyyən bir kütlədir. "Kim olduqlarını bilirəm. Məni əzmək istəyirlər. Adımın mənası "savaşçı" deməkdir. Mən mübarizə edirəm, sakit həyatdan sıxılıram. Yalanın ömrü qısa olur, xalq hər şeyi görür. Rəhmətli babam "it hürər, karvan keçər" deyirdi. Mən öz işimlə məşğulam". 

Onun sözlərinə görə, Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı ondan siyasi vasitə kimi istifadə etməyə çalışanlar da var. "Mən Heydər Əliyevə çox şey borcluyam. O, batan gəmiyə xilasedici jilet verdi, ölkəni bataqlıqdan çıxardı. Cəbhədə savaş dayandı. Ordumuzu gücəndirdi. Mən kariyeramı da onun sayəsində qurmuşam. Bizi 12 yaşında xaricə göndərib oxutdu. Mən də onun dəstəklədiyi gənclərdən biri olmuşam. Həyata bileti mənə H.Əliyev verdi. Mən də indi onun oğlu İlham Əliyevi dəstəkləyirəm. Növbədənkənar seçki qərarı verildi. Məndə seçkinin vaxtının tezləşdirilməsini doğru qərar kimi qəbul edirəm".