Türkiyədə Xocalı abidəsi açıldı

10 Fevral, 2018 10:20 | Siyasət | Baxış sayı: 84
Xocalı abidəsi
Xocalı abidəsi

"Dünya Xocalıdakı qətliama göz yumur"

Türkiyədə Xocalı qurbanlarının xatirəsinə həsr edilən abidənin açılışı olub. İstiPress-in məlumatına görə, abidə Sakarya şəhrinin Erenelər vilayətindədir. Açılış mərasiminə Azərbaycandan gedən deputatlarla yanaşı, türk rəsmilər də qatılıb. 

Tədbir iki ölkənin himni ilə başlayıb, sonra isə Qurandan ayələr səslənib. Ermənilərin törətdiyi vəhşiliklərlə bağlı hazırlanan film də qonaqlara nümayiş etdirilib.

Sakarya Valisi İrfan Balkanlıoğlu dünyanın göz yumduğu, özünü görməməzliyə vurduğu qətliamın ağrı-acısının ilk günki kimi qaldığını deyib."Bütün dünyanın gözünün qarşısında soydaşlarımızın torpağı işğal edilib, qətliam törədilib amma təəssüf ki, hələ də buna qarşı səsini ucaldan yoxdur".

Xatırladaq ki, fevr al ayının 26-da Xocalı qətliamının 26 ili tamam olacaq.