Tramp Rusiya ilə bağlı sənədə icazə vermədi

10 Fevral, 2018 08:37 | Siyasət | Baxış sayı: 85
Donald Tramp
Donald Tramp

Seçkilərə müdaxiləyə dair sənəd blok edilib

ABŞ prezidenti Donald Tramp Rusiyanın seçkilərə müdaxiləsinə dair sənədi bloklayıb. Sənəd demokrtlar tərəfindən hazırlanmışdı İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, bununla bağlı dövlət başçısının hüquq məsləhətçisi Don Makqen Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Komitəsini məlumatlandırıb.

Sənədin dərci milli təhlükəsizliyin təmin edilməsi baxımından düzgün hesab edilməyib. "Administrasiya yeni versiyaya baxmağa hazırdır". 

Fevralın 6-da ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Komitəsi demokratların hazırladığı “Rusiya işi” üzrə məxfi sənədin dərc edilməsinin lehinə səs verib. Donald Tramp beş gün ərzində sənədin dərci ilə bağlı qərar verməli idi.

ABŞ Konqresinin hər iki palatasının komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır.