ABŞ vizası üçün dələduzluq edən erməni dəstə tutuldu

10 Fevral, 2018 12:10 | Siyasət | Baxış sayı: 43
Vizalırın qiyməti qalxır
Vizalırın qiyməti qalxır

Onların arasında ermənilərin məşhur aparıcısı da var

ABŞ Ədliyyə Nazirliyi erməni dələduzların fırıldaqlarının üstünü açdı. Onların arasında erməni teleaparıcı Diana Qriqoryan da var. O, ABŞ vizası almaq üçün fırıldağa əl atıb. Ondan başqa Ermənistan sakinlərinin ABŞ-a qanunsuz səfərinə kömək etməkdə ittiham edilən daha iki amerikalı Stella Boyadcan və Qraca Atayana qarşı 15 maddə üzrə ittiham irəli sürülüb.

Bu qrup viza üçün müraciət edənlərin məlumatlarını saxtalaşdırıb. Onları qastrola gedən artistlər kimi təqdim ediblər. Bunun üçün xüsusi sənədlər, saxta afişalar, konsertlər haqqında reklamlar belə hazırlanıb. ABŞ-da olan xüsusi dövlət proqramına qastrola gələnlərin işini asanlaşdırmaq üçün hazırlanıb. Bunu bilən ermənilər də məhz dələduzluqları üçün bu yoldan istifadə ediblər.

Bu xidmət ABŞ-a getmək istəyənlər üçün 15 min dollara başa gəlib. ABŞ-a gedəndən sonra isə müştəri erməni üçlüyə viza müddətini uzatmaq üçün əlavə ödənişlərdə etməli olurdular.