Zakir Qaralov bir neçə rayonda prokuroru dəyişdi

10 Yanvar, 2019 18:55 | Siyasət | Baxış sayı: 378
Zakir Qaralov
Zakir Qaralov

Hələ ki, üç rayona təyinat olub

Baş prokuror Zakir Qaralovun əmrilə bir neçə rayonda prokuror yerdəyişməsi olub.

İstiPress-in şimal bürosunun məlumatına görə, Qaralovun əmrilə Quba rayon prokuroru Valeh Səmədov İmişli rayon prokuroru təyin edilib.

Eyni zamanda, Daşkəsən rayon prokuroru Elman Süleymanov Quba rayonuna, Cəbrayıl rayon prokuroru Maarif Hüseynov isə Daşkəsən rayonuna prokuror təyin olunublar.