SSRİ Ali Sovetinin son sədri də öldü

10 Yanvar, 2019 09:01 | Siyasət | Baxış sayı: 117
Anatoli Lukyanov
Anatoli Lukyanov

Lukyanovun 89 yaşı var idi

SSRİ Ali Sovetinin sonuncu sədri Anatoli Lukyanov vəfat edib. Bu barədə Smolensk vilayətinin qubernatoru Aleksey Ostrovski özünün "Twitter" səhifəsində bildirib.

Anatoli Lukyanov 1930-cu ilin 7 mayında Smolenskdə doğulub. O, Sovet İttifaqının ən yüksək qanunverici orqanının başçısı postunu 1990-cı ilin martından 1991-ci ilin sentyabrına qədər tutub.

A.Lukyanov həmçinin 1993-cü ildən 2003-cü ilə qədər Rusiya Dövlət Dumasının deputatı olub.