Ərdoğan Putinlə iki dəfə görüşəcək

10 Yanvar, 2019 13:10 | Siyasət | Baxış sayı: 53
R.T.Ərdoğan və V.Putin
R.T.Ərdoğan və V.Putin

XİN başçısı Rusiyanın sammitə ev sahibi olmaq istədiyini deyib

"Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğan arasında iki görüş planlaşdırılır". İstiPress-in məlumatına görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, bunlardan biri üçtərəfli zirvədir. "Rusiya bu toplantıya ev sahibliyi etmək istəyir. İkinci görüş Rusiya və Türkiyə liderləri arasında olacaq. Hələlik tarix üzərində iş aparılır". 

XİN rəhbəri ABŞ-ın Türkiyəyə təklif etdiyi "Patriot" sistemlərindən də danışıb. Çavuşoğlu qeyd edib ki, hazırda ölkəsinin havadan müdafiə sistemlərinə ehtiyacı var.

"Rusiya ilə alaış-verişimiz müzakirə edilmir. Nəticədə ticarət edirik, artıq diktələri qəbul etməyən bir Türkiyə var. Biz ABŞ-la şəffaf olduq. Dedik ki, "ehtiyacımız var idi. Sizdən istədik vermədiniz" NATO-da üzv ölkələrin istədiyi sistemi ala biləcəyini deyir. Onsuzda yekunlaşmış bir razılaşma var, verdiyimiz sözü heç vaxt unutmarıq. S-400 razılaşması da bitib".