ATƏT Qarabağda yaranmış imkanlardan istifadə edəcək

10 Yanvar, 2019 16:59 | Siyasət | Baxış sayı: 98
Şuşa - işğaldan 25 il sonra
Şuşa - işğaldan 25 il sonra

ATƏT-in hazırkı sədri nikbin danışdı

ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaradılmış imkanlardan istifadə edəcək.

İstiPress-in məlumatına görə, bunu ATƏT-in hazırkı sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Vyanada brifinq zamanı deyib.

O bildirib: “Biz Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin nizamlanmaları prosesində yaradılmış imkanlardan istifadə etmək və Erqnetidə (Gürcüstan) İnsidentlərin Qarşısının Alınması və Reaksiya Mexanizminin fəaliyyətini bərpa etmək istiqamətində işimizi davam etdirəcəyik”.