Sarksiyanın Ermənistandan gizli qaçışı

10 Yanvar, 2018 14:43 | Siyasət | Baxış sayı: 1168
Serj Sarkisyan - Ermənistan prezidenti
Serj Sarkisyan - Ermənistan prezidenti

Ermənistan prezidentinin xəstələnməsi xəbərinin arxa planı

Ermənistan prezidenti Serj Sarkisyan gizli şəkildə yanvarın 1-2-də Avropa ölkələrindən birinə səfər edib, yanvarın 3-də isə onu Moskvada görüblər.

İstiPress-in məlumatına görə, bu barədə Ermənistanın populyar analitka saytı “Lragir” Serj Sarkisyanın İsanın mövludu ildə bağlı keçirilən mərasimlərdə olmamasını şərh edərkən bildirib.

“Sonra mətbuatda məlumat yayıldı ki, Serj Sarkisyanın vəziyyəti pisləşib, onu hətta xəstəxanaya yerləşdiriblər.  Prezidentin mətbuat katibi xəstəxanaya yerləşdirilməsi xəbərini təkzib etdi, amma təsdiq etdi ki, Serj Sarkisyan yüngül soyuqlayıb”,- deyə portal dolayısı ilə Ermənistan hakimiyyətinin Serj Sarkisyanın Avropaya gizli getməsini ört-basdır etdiyini bildirir.

Prezident Aparatı yalnız yanvarın 9-da Serj Sarkisyanın ölkədə olmasını bildirib və öz iqamətgahında maliyyə naziri ilə görüşməsi barədə xəbər yayıb. Lakin portal bu xəbərə də bir qədər şübhə ilə yanaşır və Serj Sarkisyanın Avropaya və Rusiyaya gizli səfərinin səbəbləri üzərində baş sındırır.

Ermənistan parlamentində qətliam - 27 oktyabr 1999-cu il
Ermənistan parlamentində qətliam - 27 oktyabr 1999-cu il

“Lragir” bu səfərin Ermənistanda apreldə baş verəcək hakimiyyət dəyişiklikiyi ilə bağlı olduğunu düşünür. Məqalə müəllifinin fikrincə, Ermənistanda heç kim - nə Sarksiyan, nə də vəziyyətə nəzarət edən oliqarxiya dairələri apreldən sonra vəziyyətin necə olacağı barədə məlumata malik deyil. “Məhz geosiyasi mərkəzlər Ermənistanda gələcək hakimiyyətin formalaşmasına xeyir-dua verməlidir”,- deyə  portal Sarkisyanın Avropaya və Moskvaya qaçışının səbəblərini axtarmağa çalışır.

 Ermənistanda parlament qətliamının qurbanları - baş nazir Viqen Sarkisyan və spiker Karen Demirçyan
Ermənistanda parlament qətliamının qurbanları - baş nazir Viqen Sarkisyan və spiker Karen Demirçyan

Ola bilər ki, Sarkisyan mümkün qiyamdan və ya hərbi çevrilişdən yayınmaq üçün geosiyasi mərkəzlərə üz tutub. Hər halda, apreldən sonra Ermənistanı idarə edəcək parlamentdə hər şey baş verə bilər. Məxsələn 27 oktyabr 1999-cu ildə prezident Robert Koçaryana yaxın bir qrup silahlı adam parlamentə girərək baş nazir Viqen Sarkisyanı və spiker Karen Demirçyanı qətlə yetirmişdi. 

İndi isə, məsələn, müdafiə naziri Viqen Sarkisyan və ya başqası hakim Respublika Partiyası daxilində qiyam edərək özünü baş nazir təyin etdirə bilər. Yaxud hakimiyyəti əldən vermək istəməyən müharibə generalları Moskvanın xeyir-duası ilə hərbi çevriliş edə bilərlər, 1998-ci ildə Serj Sarkisyan və dostu Robert Koçaryan bunu etmişdilər. Yəni Serjin bu sahədə olan təcrübəsi onu tələsik tədbir görməyə məcbur edib.