Prezident məmurları bir yerə yığdı

10 Yanvar, 2018 11:45 | Siyasət | Baxış sayı: 262
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında

Nazirlər açıqlama verdilər

Bu gün Nazirlər Kabinetinin iclası keçirilib. İstiPress-in məlumatına görə, Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası Prezidenti İlham Əliyevin sədrliyi ilə baş tutub. 

Dövlət başçısı iclasda giriş nitqi söyləyib.

Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev çıxış ediblər.

Daha sonra prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib.