Prezident 5 ölkəni hədəf aldı

10 Yanvar, 2018 15:33 | Siyasət | Baxış sayı: 317
Donald Tramp
Donald Tramp

Miqrantlar qovulur

ABŞ prezidentinin hədəfində 5 ölkə var. İstiPress-in məlumatına görə, "CNN International"da yer alan xəbərə görə, Tramp bu ölkələrdən olan miqrantları ölkədən çıxarmaq istəyir. 

İddiaya görə, Tramp ilk olaraq 200 min salvadorlunu ABŞ-dan göndərməyə hazırlaşır. Onun müvəqqəti sığınma proqramı ilə ölkədə olan Honduras, Suriya, Nepal, Yəmən, Somali vətəndaşları üçün də eyni addımı atacağı gözlənilir.

Tramp miqrantlara qarşı olduğunu hər çıxışında dilə gətirir. Statistik məlumatına görə, prezidentin qərarı 435 min insana təsir edə bilər. Miqrantların ölkədən çıxarılması prosesinin isə iyula kimi davam edəcəyi gözlənilir. 

Xatırladaq ki, ABŞ prezidenti dəfələrlə ölkəsində yaşamaq hüuquq verən "Green kart"ı ləğv etməyi təklif edib. Bir neçə gün öncə o lotereya vasitəsilə ABŞ-a gələnləri "pislərin ən pisi" adlandırıb. "Bu lotoreyadır. İnsanları siz seçirsiniz. Elə hesab edirsiniz ki, ölkə sizə yaxşı adamları verir? Yox. Bu nə sistemdir? Onlar lotoreya sayəsində ölkəyə gəlirlər. Onlar bizə ən pis adamlarını verirlər, onları "zibil" kimi atırlar".