İlham Əliyev 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti İli elan etdi

10 Yanvar, 2018 12:40 | Siyasət | Baxış sayı: 509
Azərbaycan Xalq Cumhuriyyətinin liderləri
Azərbaycan Xalq Cumhuriyyətinin liderləri

Bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlər keçiriləcək

Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.

İstiPress-in məlumatına görə, dövlət başçısı bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.