Yeni prezident səfirliyi Tel-Əvivdən Qüdsə köçürmək istəyir

10 Yanvar, 2017 22:26 | Siyasət | Baxış sayı: 14
Yeni prezident səfirliyi Tel-Əvivdən Qüdsə köçürmək istəyir
Yeni prezident səfirliyi Tel-Əvivdən Qüdsə köçürmək istəyir

Trampın bu istəyi Yaxın Şərq ölkələrinin heç də ürəyincə deyil

Tramp administrasiyası müttəfiqlərinə bildirib ki, ABŞ-ın İsraildəki diplomatik nümayəndəliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı planları qüvvədədir.

İstiPress CNN-ə istinadən bildirir ki, ərəb ölkələrinin bu addımı atmamaq çağırışlarına baxmayaraq, ABŞ-ın planları artıq mayın 24-də İsraildə "Qüds Günü" qeyd olunduqda rəsmən açıqlana bilər.

Avropa və ərəb ölkələri yeni administrasiyaya bu addımın Fələstin-İsrail arasındakı sülh prosesinin pozulmasına səbəb olacağı, eləcə də ABŞ-ın Yaxın Şərqdəki nüfuzuna zərər gətirə biləcəyi barədə xəbərdarlıq edib.

Fələstin Prezidenti Mahmud Abbas isə deyib ki, Qüdsün statusunu deyişən istənilən addım və yaxud bəyanat heç bir halda qəbul olunmayacaq.