Rus arağına qadağa - SATILMAYACAQ

10 Yanvar, 2017 20:17 | Siyasət | Baxış sayı: 141
Araq
Araq

Spirtli içki qadağası

ABŞ Senatının Hyu-Hempşir ştatından olan üzvü Ceff Vudbern ştat ərazisində Rusiyaya qarşı yeni sanksiyaları tətbiq etməyi təklif edib.

İstiPress RİA agentliyinə istinadən xəbər verir ki, demokrat siyasətçinin fikrincə, ştat hakimiyyəti Rusiya istehsalı olan arağı almaqdan imtina edə bilər.

Nyu-Hempşir 17 Amerika ştatından biridir ki, burada spirtli içkilərin dövriyyəsi federal hökumət tərəfindən tənzim edilir. Konkret olaraq bu ştatda araq yalnız xüsusi dövlət mağazalarında, pivə və şərab isə bütün supermarketlərdə satıla bilər.